Ukrayna müharibənin 1732-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 634 860 hərbçi, 12 485 ədəd tank, 25 884 ədəd zirehli döyüş maşını, 52 595 ədəd artilleriya sistemi, 2 289 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 767 hava hücumundan müdafiə sistemi, 452 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 3 203 ədəd yerüstü robot-texnika kompleksi, 615 411 ədəd PUA, 177 819 ədəd avtomobil texnikası, 5 278 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 921 xüsusi avadanlıq itirib.