BDU-da rektorun köməkçisi vəzifəsindən azad edildi

Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb.

Unikal.az-a istinadən, bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə əmr imzalayıb.

Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib.

Qeyd edək ki, Nərmin Heydərli BDU-nun bir neçə gün əvvəl işdən çıxarılan rektoru Elçin Babayevin dövründə bu vəzifəyə təyin olunmuşdu.