Saxlanılan şəxsin üzərindən 5 kiloqramdan çox narkotik çıxdı

Masallı rayonunda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçiriblər. Əməliyyat zamanı saxlanılan M.Zöhrabzadədən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırma davam etdirilir.