Amerikanın "Anthropic" texnologiya şirkətinin səhmləri "Nasdaq" birjasına çıxarıldıqdan sonra ilk ticarət sessiyasının nəticələrinə görə 17,07 % artıb.
Bunu "Nasdaq" birjasındakı hərrac məlumatları göstərir.
İlkin kütləvi təklifin bir hissəsi olaraq, "Anthropic" qiymətli kağız üçün qiyməti 83 dollar təyin edib.
Hərracın ilk dəqiqələrində şirkətin səhm qiyməti 34,55 % artaraq, 111,68 dollara çatıb. Sonra kotirovkalar tənzimlənib və 19 noyabr ticarət sessiyasının bağlanışında bir səhmin qiyməti 97,17 dollar təşkil edib.
"Anthropic"in səhm qiymətindəki artım ABŞ-nin fond bazarında ümumi eniş fonunda baş verib. "Nasdaq" indeksi 2,25 % itirərək 23.879,19 bəndə düşüb.