NATO-ya məxsus kəşfiyyat pilotsuz uçuş aparatı Qara dəniz üzərində istiqamətini itirib və havada qəza siqnalı verib.
Bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, MAGMA10 çağırış siqnalı daşıyan "RQ-4D Phoenix" strateji kəşfiyyat PUA-sı bir neçə saat əvvəl NATO-nun Siciliya adasındakı Siqonella aviabazasından havaya qalxıb.
“Casus PUA Qara dəniz üzərində dövrə vurarkən qəfil 7600 siqnalı verib. Bu siqnal ikitərəfli radioəlaqənin kəsildiyini, yəni dispetçerlə əlaqənin itirildiyini bildirir”, – deyə məlumatda qeyd olunub.
Bundan əvvəl ABŞ-yə məxsus "Bombardier Artemis I" kəşfiyyat təyyarəsinin Qara dəniz üzərində təxminən doqquz saat uçuş həyata keçirdiyi bildirilmişdi.
Uçuş məlumatlarına əsasən, təyyarə noyabrın 15-də saat 07:05-də (Bakı vaxtı ilə 11:05) Rumıniyanın Mixail Koqelniçanu adına Konstansa hava limanından havaya qalxıb və Qara dənizin mərkəzi hissəsindən qərb istiqamətində uçub. Rumıniyaya yaxınlaşarkən təyyarə enməyə başlayıb və təxminən saat 19:02-də havaya qalxdığı hava limanına eniş edib.