Livanın ali hərbi prokuroru Klod Hanem "Hizbullah" hərəkatının beş üzvünü dövlət təhlükəsizliyinə qəsddə ittiham edib.
Bu barədə "Naharnet" portalı məhkəmə mənbələrinə istinadən məlumat yayıb.
İstintaqın məlumatına görə, noyabrın 10-da Bşerr dağ rayonunda saxlanılan hərəkat komandirləri yeni döyüşçülərin işə götürülməsi və hazırlanması ilə məşğul olublar. Onlar Livanın Cinayət Məcəlləsinin 307-ci maddəsinə uyğun olaraq, dövlət təhlükəsizliyinə təhlükə yaradan qanunsuz hərbiləşdirilmiş birləşmələrin yaradılması və silah saxlamaqda ittiham olunur.
Saxlanılanlar təxribat əməliyyatı hazırlamaqda da şübhəli bilinirlər.
Bundan əlavə, noyabrın 19-da Hanem "Hizbullah"ın daha üç nümayəndəsini, o cümlədən Livanın şimalındakı hərəkatın rəhbəri Şeyx Rida Əhmədi dindirməyə çağırıb.