Hörmüzün şərqində tanker minaya düşdü

Hörmüz boğazının şərqində tanker dəniz minasına dəydikdən sonra alovlanıb.

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, hadisə boğazın şərqindəki qadağan olunmuş ərazidə baş verib. Partlayış nəticəsində tankerin hərəkət mexanizmi tamamilə sıradan çıxıb.