Tbilisi, 19 noyabr, AZƏRTAC Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş verən qaz partlayışından təxminən 8 saat sonra xilasedicilər dağıntılar altından 3 yaşlı uşağı sağ çıxarıblar.AZƏRTAC xəbər verir ki, uşaq təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Onun səhhətinin qənaətbəxş olduğu bildirilir.Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən verilən məlumata əsasən, hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.Xilasedicilər dağıntılar altından biri azyaşlı uşaq olmaqla 4 nəfərin meyitini çıxarıblar. Daha iki nəfərin axtarışları davam edir. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi