ABŞ-li aktyor Aleksandr Haskin 38 yaşında faciəli şəkildə vəfat edib.
“New York Post”un məlumatına görə, hadisə noyabrın 16-da Santa-Monika şəhərində baş verib.
Şahidlərin sözlərinə görə, aktyor hadisədən əvvəl bir qadınla mübahisə edib. O, estakadadan okeana tullanıb. Təxminən 50 dəqiqə sonra xilasedicilər onun meyitini sudan çıxarıblar.
Qeyd edək ki, Haskin aktyorluğa başlamazdan əvvəl ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib, daha sonra televiziya layihələrində rol alıb.