Rusiya hərbi attaşesi Danimarkadan çıxarılır

Danimarka hakimiyyəti Rusiya hərbi attaşesini ölkədən çıxarmaq qərarına gəlib.

Bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen TV2 telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Rasmussen, həmçinin Avropa ölkələrini Rusiya vətəndaşlarına viza verilməsini dayandırmağa çağırıb.

Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın müvafiq addımlar atacağını bildirib. O, Danimarkanın qərarına əsas kimi göstərilən məlumatları saxta adlandırıb.