Bu gün İranda yerli vaxtla saat 18:50-də Qəşm şəhərinin yaxınlığına raket düşüb.
Bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.
İran tərəfinin iddiasına görə raket ABŞ-İsrail qüvvələri tərəfindən atılıb və şəhərin kənarındakı əraziyə düşüb.
Hadisə nəticəsində dəymiş mümkün zərərin miqyası və digər təfərrüatlar barədə məlumat verilməyib.