Tramp Putinlə görüşün təfərrüatlarını açıqladı

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqların müsbət istiqamətdə irəlilədiyini açıqlayıb.

O, Rusiya Prezidenti Vladimir Putinin də münaqişənin diplomatik həllində maraqlı olduğunu bildirib. Tramp bu fikirləri Asiya ölkələrinə səfərinin nəticələrinə dair keçirdiyi mətbuat konfransında səsləndirib. ABŞ lideri Çində Putinlə baş tutan görüşə toxunaraq, rusiyalı həmkarının müharibənin danışıqlar yolu ilə başa çatdırılmasını istədiyini söyləyib.

Onun sözlərinə görə, tərəflər arasında sülh razılaşmasının əldə olunması üçün əlverişli imkanlar mövcuddur. Tramp danışıqların gedişindən razı qaldığını ifadə edib.