Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Son ölkə çempionu “Sabah” səfərdə “Sumqayıt”la qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Sabah” turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Sumqayıt” isə 10 xalla 9-cu sırada qərarlaşıb.
Qeyd edək ki, XII turun açılış matçında “Zirə” Yevlaxda “İmişli” ilə 2:2 hesablı heç-heçə edib. Tura noyabrın 22-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası XII tur
“Sumqayıt” – “Sabah” - 1:5
Qollar: Ksander Severina, 22 (0:1), Sedrik Badolo, 30 (1:1), İvan Lepiniça, 42 (1:2), Timoteuş Puxaç, 55 (1:3), Aleksey İsayev, 67 (1:4), Xəyal Əliyev, 75 (1:5)