Mourinyo Ardaya tərif yağdırdı

''Real''ın baş məşqçisi Joze Mourinyo ''Selta'' ilə oyunöncəsi mətbuat konfransında Arda Gülərə tərif yağdırıb.

Məlum olduğu kimi türkiyəli ulduz bu günlərdə Madrid nəhəngi ilə müqaviləsini 2032-ci ilə qədər yeniləyib. Bununla bağlı türkiyəli ulduza hətta sabiq klubu ''Fənərbaxça''nın prezidenti Əziz Yıldırım da təbrik məktubu göndərib.

Mourinyo isə yavaş-yavaş ''Real''ın liderlərindən birinə çevrilməkdə olan 21 yaşlı futbolçu haqda bunları deyib:

''Arda Gülər son dərəcə istedadlı futbolçudu. Getdikcə təcrübə toplayır və önəmli bir oyunçuya çevrilir. Müqaviləsini yeniləməsinə gəlincə, bunu normal qarşılamaq lazımdı. Çünki uzun illər bu klubda qalmaq istəyir. Arda Gülərin inkişafının mənim sayəmdə olduğunu demək istəməzdim. Onun inkişafı daha çox təbii bir prosesdi. Artıq yeniyetməlikdən çıxıb kişiyə çevrilən bir gəncdi. Arda daha öncə heç vaxt etmədiyi şeyləri həyata keçirməyi bacaran super bir istedaddı. Vaxt keçdikcə ideal bir futbolçuya çevrilir. Amma ''Real'' üçün artıq indidən son dərəcə önəmli bir oyunçudu. Yeni müqaviləyə imza atması məni təəccübləndirmədi. ''Real'' onun olmaq istədiyi bir yerdi. Dünyanın ən yaxşı klubunda, dünyanın ən yaxşı oyunçuları ilə birlikdə oynayır''.