Türkiyənin xarici işlər naziri Hakan Fidan və aktyor Necati Şaşmaz Ankarada keçirilən toy mərasimində iştirak ediblər.
Axşam.az-a istinadən, onlar Türkiyənin milli təhsil naziri Yusuf Tekinin qızı Nihan Elif Tekin və Mehmet Kılıçın nikahında bir araya gəliblər.
Toyda siyasət, idman və iş dünyasından başqa tanınmış şəxslər də yer alıb.
Diqqət çəkən məqamlardan biri də Necati Şamazın kökəlməsi olub.
Qeyd edək ki, aktyor "Kurtlar vadisi" serialındakı "Polat Alemdar" obrazı ilə məşhurlaşıb.