Moskvanın Pokrovski bulvarında yerləşən Ali İqtisadiyyat Məktəbinin (AİM) binasından insanlar təxliyə olunur.
Bu barədə "Ostorogno Novosti" Telegram kanalı şahidlərə istinadən məlumat verib.
Təxliyənin səbəbi açıqlanmayıb.
26 oktyabrda Moskva Dövlət Mədəniyyət İnstitutunda (MGIK) təxliyə elan edilib. Bu qərar bomba təhlükəsi səbəbindən verilib. Müvafiq xidmətlərin mütəxəssisləri hadisə yerində olublar.
Bundan əvvəl Moskva Elektron Texnologiyaları İnstitutundan (MIET) insanlar təxliyə edilib. Səbəb raket təhlükəsi olub. MIET coğrafi cəhətdən Moskva bölgəsində yerləşən, lakin Moskvanın inzibati rayonu olan Zelenoqradda yerləşir.