Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər

Paytaxtın Səbail rayonunda Badamdar sürüşmə sahəsinə (Badamdar şosesi) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən baxış keçirilib. Növbəti vizual baxış zamanı ərazidə sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyən edilib.