ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə Vaşinqtonun və avropalı tərəfdaşların mövqelərinin uzlaşdırılmasında irəliləyiş əldə edildiyini bildirib.
“The Guardian”a istinadən, o bunu Berlində “İstəklilər koalisiyası”nın görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
“Düşünürəm ki, biz daha çox irəliləyiş əldə etdik. Mövqelərimiz əhəmiyyətli dərəcədə yaxınlaşıb, detallar aydınlaşır. Bu, danışıqların növbəti raundu ərəfəsində son dərəcə vacibdir”, – Kuşner qeyd edib.
O vurğulayıb ki, ABŞ Avropa və Ukraynanın mövqeyini nəzərə almadan hər hansı razılaşma imzalamaq niyyətində deyil.
Öz növbəsində, Böyük Britaniyanın Baş naziri Endi Börnhem də qərb ölkələrinin münaqişənin dayandırılması yolları üzrə vahid mövqeyinin hazırlanmasında irəliləyiş olduğunu qeyd edib.
Britaniya hökumət başçısının sözlərinə görə, əldə edilmiş birlik sülh danışıqlarının perspektivləri ilə bağlı nikbinlik üçün müəyyən əsaslar verir.
Börnhem gələcəkdə enerji barışığının əldə olunması və Qara dəniz vasitəsilə taxıl tədarükünün bərpa edilməsini alqışlanacaq addımlar kimi dəyərləndirib.