Putin Krım körpüsünə hücumdan sonra Ukrayna ilə atəşkəsə razılaşmayacağını açıqlayıb

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasında bir sıra sahələrdə mümkün atəşkəsi müzakirə etdiyini, "lakin Krım körpüsünə edilən zərbələrdən sonra atəşkəsə razılaşmayacağını" söyləyib.

Bu barədə o, Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O, Ukraynanı Krım körpüsünə görə cavab zərbəsi ilə təhdid edib.

"İstəyirəm ki, hamı bunu bilsin: cavabımız Kiyev rejiminin körpüyə etdiyindən daha ağrılı olacaq", - Putin vurğulayıb.