Sürücülərin diqqətinə! Bu yollarda sıxlıq var – SİYAHI

Hazırda Bakının bəzi prospekt və küçələrindəki yollarda avtomobil sıxlığı müşahidə olunur.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda avtomobil sıxlığı müşahidə olunan yollar:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.