“Arsenal” heyətindəki əsas futbolçuları uzunmüddətli müqavilələrlə komandada saxlamağa hazırlaşır.
Bu barədə “The Touchline” məlumat yayıb. London klubunun Deklan Rays, David Raya və Yurien Timberlə yeni sözləşmələr imzalayacağı bildirilir.
Məlumata görə, Raysla 2031-ci ilə qədər müqavilə imzalanacaq. Raya ilə 2030-cu ilə qədər yeni sözləşmə barədə prinsipial razılıq əldə olunub. Timber də klubla müqaviləsini uzadacaq.
Qeyd edək ki, 27 yaşlı Rays bu mövsüm 15 matçda 1 qol və 5 mə