Dünya mediasının diqqəti Çin lideri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin bir araya gəldiyi görüşə yönəlib.
Üç liderin iştirakı ilə baş tutan görüşdə Tramp və Si Cinpinin Putinə münasibəti müzakirələrə səbəb olub.
Belə ki, görüş zamanı Cinpin Putinlə salamlaşmayıb, ABŞ Prezidenti Donald Trampın isə əlini sıxıb.
Daha sonra Çin lideri prezidentinə dayanmalı olduğu yeri göstərib.
Görüntülərdə Putinin bu vəziyyətə görə qəzəbləndiyi və üz ifadəsinin dəyişdiyi deyilir.
Qeyd edək ki, görüş APEC sammiti çərçivəsində baş tutub.