Balakən, 18 noyabr, AZƏRTAC Ölkəmizin aqrar sektorunda mühüm yeri olan Balakəndə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində layihələr davam etdirilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Prezident Administrasiyasının və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Dövlət Proqramından irəli gələn məsələlərin həlli istiqamətində görülən işlərlə tanış olublar.Səfər çərçivəsində günəbaxan yağı istehsalı müəssisəsinin yaradılması istiqamətində aparılan işlərə, intensiv meyvə bağlarına və digər təsərrüfatlara baxış keçirilib, həmçinin soyuducu anbar kompleksinin tikintisi ilə tanışlıq olub.Qeyd edək ki, “Balakən Toxum” MMC tərəfindən 0,4 hektar torpaq sahəsində dəyəri 2,2 milyon manat olan günəbaxan yağı istehsalı müəssisəsinin tikintisi üçün sənədləşmə və layihələndirmə işləri həyata keçirilir. Eyni zamanda, AZZA firması tərəfindən 4 hektar, fərdi sahibkar Nadir Hacıyev tərəfindən 7 hektar sahədə yeni intensiv bağların salınması məqsədilə ərazilərin təmizlənməsinə və müvafiq infrastrukturun yaradılmasına başlanılıb. Fərdi sahibkar Elməddin Layıcov tərəfindən isə 4 hektar sahədə yeni intensiv bağın salınması istiqamətində nəzərdə tutulan işlər yekunlaşdırılıb.Rayonda yeni soyuducu anbar komplekslərinin yaradılması istiqamətində də mühüm layihələr həyata keçirilir. Fərdi sahibkar Elçin Cəyiyev tərəfindən layihə dəyəri 2,2 milyon manat, saxlama tutumu 2000 ton olan soyuducu anbar kompleksinin tikintisi başa çatdırılıb.Həmçinin Dövlət Proqramının icrası ilə əlaqədar yeni təsərrüfat subyektlərinin yaradılması istiqamətində digər layihələrin həyata keçirilməsidə planlaşdırılır.Baxış zamanı sahibkarların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları çətinliklərlə maraqlanılıb, onların təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən yaradılan imkanlardan, o cümlədən subsidiya, güzəştli maliyyələşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadənin vacibliyi vurğulanıb.Daha sonra Balakən Rayon İcra Hakimiyyətinin inzibati binasında aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Əlaqələndirmə Qərargahının üzvlərinin iştirakı ilə görüş keçirilib. İclasda Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib, görüləcək işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.Həyata keçirilən tədbirlər Balakən rayonunun mövcud aqrar potensialından daha səmərəli istifadə olunmasına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı imkanlarının genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və rayonun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. Bu istiqamətdə işlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək. Müxbir - Rasim İslamoğlu
Bu gün
162 xəbər bu gün
Amerikanın "Anthropic" texnologiya şirkətinin səhmləri "Nasdaq" birjasına çıxarıldıqdan sonra ilk ticarət sessiyasının nəticələrinə görə 17,07 % artıb. Bunu "Nasdaq" birjasındakı hərrac məlumatları göstərir. İlkin…
Göyçay, 20 noyabr, AZƏRTAC Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayon ərazisində qeydə alınıb.İlkin məlumata görə…
"Instagram" sosial şəbəkəsində artıq paylaşılan hekayələri ("Story") redaktə etmək mümkün olacaq.
İosif Stalin hakimiyyətini möhkəmləndirdikcə Sovet İttifaqında qorxu və repressiyalar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Onun üçün siyasi rəqib olmaq, şübhəli şəxslə əlaqə saxlamaq, yaxud sadəcə yanlış insanın…
Misir və Fransa Aralıq dənizində “Kleopatra 2026” adlı birgə hərbi-dəniz təliminə başlayıb. Misir Silahlı Qüvvələrinin yaydığı məlumata görə, bir neçə gün davam edəcək manevrlər Misirin ərazi sularında, Şimal…
ABŞ Prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi üçün Konqreslə işləməyə hazırdır
İsrail Hərbi Hava Qüvvələri Livanın şərqində “Hizbullah” təşkilatına məxsus olduğu bildirilən obyektə hava zərbəsi endirib
Gürcüstanın ATƏT-ə sədrliyinə qarşı çıxmağa hazır olan 14 ölkədən ibarət qrup formalaşıb
Rusiya-NATO Şurası Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında mühüm əhəmiyyət daşıya bilər
İran raketlərinin uçuş məsafəsinin 4 500 kilometrə çata bildiyini və ABŞ-ın Avropadakı hərbi bazalarının da potensial hədəfə çevrilə biləcəyini bəyan edib
Avropa İttifaqının (Aİ) Gürcüstana qarşı müxtəlif təzyiq vasitələrindən istifadə edə biləcəyinə dair təhdidlər yenidən gündəmə gəlib
Livanın ali hərbi prokuroru Klod Hanem "Hizbullah" hərəkatının beş üzvünü dövlət təhlükəsizliyinə qəsddə ittiham edib. Bu barədə "Naharnet" portalı məhkəmə mənbələrinə istinadən məlumat yayıb. İstintaqın məlumatına görə…
Kiyev, 20 noyabr, AZƏRTAC Ukrayna NATO-nun 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətlərinin praktikada necə işləyəcəyini dəqiq başa düşmür. Söhbət, xüsusilə, ölkə ərazisində xarici qoşunların mümkün…
Türkiyə dünyada pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edən ilk ölkə olub. Bu barədə “Baykar” şirkəti məlumat yayıb. Bildirilib ki, şirkətin öz imkanları hesabına hazırladığı “Kızılelma” pilotsuz qırıcı…
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpinlə Çində keçirilən sammiti uğurlu hesab edir. Bu barədə Tramp ABŞ-yə qayıdarkən "Air Force One" prezident təyyarəsinin göyərtəsində olarkən…
Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinq zamanı özündən çıxaraq sual verən jurnalisti təhqir edib. Daha sonra ona qarşı məhkəmə iddiası qaldırmaq üçün səbəb…
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Belarusda Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Georgi Zurabaşvili ilə görüşüb. TASS xəbər verir…
Hörmüzün şərqində
ABŞ-İran müharibəsi
"Barselona" və İspaniya millisinin sabiq kapitanı Karles Puyol Andorranın "İnter Eskaldes" klubunun beynəlxalq futbol və əlaqələr üzrə direktoru təyin edilib.
Həftədə 30 dəqiqədən çox mobil telefonla danışmaq yüksək qan təzyiqi (hipertoniya) riskini 12 faiz artırır. Bu barədə Çin alimlərinin apardığı araşdırmada bildirilib. Tədqiqatın nəticələri “European Heart Journal…
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı qərarlar qəbul edərkən Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyini nəzərə almadan hərəkət etmək niyyətində olmadığını bildirib.
Braziliya Prezidenti Luis İnasio Lula da Silva altıgünlük iş həftəsinin ləğvi və beşgünlük iş həftəsinə keçid haqqında fərmanı təsdiqləyib. Bu barədə G1 portalı ölkənin rəsmi qəzetinə istinadən məlumat yayıb…
Avropa Komissiyası Rusiyada yaşayan şəxslərin "Erasmus+" tələbə mübadiləsi proqramında iştirakını qadağan edib. Bu barədə proqramın 2027-ci il üçün təlimatında bildirilir. Qadağa vətəndaşlığından asılı olmayaraq Rusiyada…
Ermənistan və Türkiyə Marqara sərhəd-keçid məntəqəsi istiqamətində ikinci körpünün tikintisini planlaşdırırlar. Ermənistan KİV-i xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında ölkənin xarici işlər və…
ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə Vaşinqtonun və avropalı tərəfdaşların mövqelərinin uzlaşdırılmasında irəliləyiş əldə edildiyini bildirib. “The Guardian” xəbər verir…
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı qərarların qəbulunda ölkə Prezidenti Volodimir Zelenskinin mövqeyini nəzərə alacağını bildirib. Tramp bu barədə NBC telekanalına müsahibəsində danışıb. “Mən onsuz heç nə…
“The Touchline” 2026-cı ildə dünyanın ən yüksək gəlir əldə edən futbolçularının reytinqini açıqlayıb. Siyahıya Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo başçılıq edir. Onun illik…
Yeməkdən sonra bəzi gündəlik vərdişlər sağlamlığa mənfi təsir göstərə bilər. Mütəxəssislər xüsusilə dişləri dərhal fırçalamaq, uzanmaq və intensiv fiziki fəaliyyətlə məşğul olmaqdan çəkinməyi tövsiyə edirlər.
Сегодня звезды гороскопа обещают, что эмоции будут переменчивы, как ветер, но несмотря на эту переменчивость, они могут достигать огромной силы - у кого-то разрушительной, у кого-то созидательной, как повезет. День…
Ömər Bolat
Natəvan küçəsində
İran ABŞ və Böyük Britaniya bazasının yerləşdiyi Dieqo-Qarsiya adası yaxınlığında 4500 kilometr məsafəyə çatan raketlərini sınaqdan keçirib.
Noyabrın 19-u üç bürc üçün dönüş nöqtəsi olacaq Bu cümə axşamı Mars, Hironla üçlük təşkil edəcək və daha sakit bir həyata yol açacaq. Astroloqların sözlərinə görə, planetar təsir şübhələri kənara qoymağa və nəhayət…
Göyçayda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Natəvan küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə nəqliyyat…
"İran bir müddət əvvəl Hind okeanında yerləşən Dieqo-Qarsiya adası ərazisində 4 500 kilometrədək məsafədəki hədəfləri vura bilən raketlərinin imkanlarını nümayiş etdirib".
Sabah Heydər Əliyev prospektinin Koroğlu metro stansiyası istiqamətində yerləşən yan yolunda kommunikasiya baxış quyularında təmir işləri aparılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)…
Bakı, 20 noyabr, AZƏRTAC Hörmüz boğazının şərqində tanker dəniz minasına dəydikdən sonra alovlanıb.AZƏRTAC xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.İran Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, hadisə…
Təbrizdə azərbaycanlı hakim İbrahim Sadiqinin, həyat yoldaşının və kiçik oğlunun qətl səbəbi məlum olub. "Azad İran" teleqram kanalına istinadən, Şərqi Azərbaycan əyalətinin prokurorunun sözlərinə görə, qətlin icraçısı…
Almaniya Kansleri Fridrix Mertz Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş əldə olunacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğv edilə biləcəyini bildirib. Mertz bu barədə Berlində Ukrayna…
“Ermənistan Konstitusiyasına dəyişiklik ediləcəyi təqdirdə Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər”. “Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi kimi təqdim…
Moskvada İkinci Qərb Dairə Hərbi Məhkəməsi Moskva vilayətindən olan 10-cu sinif şagirdini terror aktı törətməkdə təqsirli bilərək, cəzasını tərbiyə koloniyasında çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edib. Hökm…
2030-cu illərin ortalarınadək islam dininin xristianlığı geridə qoyaraq dünyanın ən böyük dininə çevriləcəyi gözlənilir. "Pew" Araşdırmalar Mərkəzi noyabrın 18-də belə bir proqnoz açıqlayıb. Bunun əsas səbəbi müsəlman…