İsrail Müdafiə Ordusu (SAXAL) ölkənin Hərbi Hava Qüvvələrinin Livanın şərqindəki Canta bölgəsində "Hizbullah" təşkilatına məxsus, əvvəllər raket istehsalı və silahların saxlanılması üçün istifadə edilmiş obyektə zərbə endirdiyini açıqlayıb.
Bu barədə ordunun mətbuat xidmətinin bəyanatında bildirilib.
"İsrail Hərbi Hava Qüvvələri Livanın Bekaa vadisində yerləşən Canta bölgəsində əvvəllər "Hizbullah" tərəfindən raket istehsalı və silahların saxlanılması üçün istifadə edilən obyektə zərbə endirib", – deyə qeyd olunub.
Qurumdan qeyd olunub ki, "hazırkı münaqişə zamanı SAXAL bu obyektə dəfələrlə zərbələr endirib".
"Hizbullah" terrorçularının bu yaxınlarda əraziyə gəldiyi barədə məlumat əldə edildikdən sonra SAXAL obyektin yenidən fəaliyyətə başlamasının qarşısını almaq məqsədilə onun girişlərinə zərbə endirib", – deyə hərbçilər əlavə ediblər.