27-ci ilin ilkin bayram təqvimi…

Azərbaycanda 16 dövlət bayramı var. Onların 4-ü iş günü hesab edilir: Dövlət Suverenliyi Günü (20 sentyabr), Müstəqilliyin Bərpası Günü (18 oktyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr).

Iş günü sayılmayan bayramlar bunlardır: Yeni il (1-2 yanvar), Qadınlar Günü (8 mart), Novruz bayramı (20-24 mart), Faşizm Üzərində Qələbə Günü (9 may), Müstəqillik Günü (28 may), Milli Qurtuluş Günü (15 iyun), Silahlı Qüvvələr Günü (26 iyun), Zəfər Günü (8 noyabr), Dövlət Bayrağı Günü (9 noyabr), Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (31 dekabr), Ramazan bayramı (iki gün), Qurban bayramı (iki gün).

Ramazan və Qurban bayramlarının günləri hər il dəyişir, Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib elan olunur.

Şənbə və bazar günləri, həmçinin Ramazan və Qurban bayramları iş günü hesab olunmayan bayram günləri ilə üst-üstə düşəndə növbəti iş günü istirahət günü sayılır. Bu baxımdan 2027-ci ildə 4 yanvar, 25-26 mart, 10 may, 28 iyun əlavə istirahət günləridir. Söhbət ilkin təqvimdən gedir. Ramazan və Qurban bayramlarının günləri məlum olduqdan sonra bayram təqvimi dəyişə bilər. Həm də Nazirlər Kabinetinin iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək üçün iş və ya istirahət günlərinin yerini dəyişdirmək səlahiyyəti var.