Bakı, 18 noyabr, AZƏRTAC Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu gənc istedadların aşkara çıxarılması, elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi və süni intellekt bacarıqlarının inkişaf etdirilməsi istiqamətində növbəti şagird layihəsinə elmi hamilik göstərir. AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Bakının Nizami rayonu 10 nömrəli tam orta məktəbin 11d sinif şagirdi Firuzə Heydərova “IoT texnologiyalarının tətbiqi ilə insanların yıxılma hallarının aşkarlanması üçün süni intellekt metodunun işlənməsi” adlı tədqiqat işini təqdim edib. Firuzə Heydərova beynəlxalq riyaziyyat olimpiadalarının ikiqat bürünc medalçısı, riyaziyyat üzrə Respublika Fənn Olimpiadasının yarımfinalçısıdır. O, 9-cu sinfi fərqlənmə attestatı ilə bitirib, 2026-cı ildə isə təhsil aldığı məktəbin fəxri fərmanı ilə təltif olunub. Layihənin elmi rəhbərləri institutun şöbə müdiri AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova və Nizami rayonu 10 nömrəli tam orta məktəbin biologiya müəllimi Diana Şıxəliyevadır. Tədqiqatın aktuallığını diqqətə çatdıran Firuzə Heydərova bildirib ki, yıxılmalar xəsarətlərin, əlilliyin və ölüm hallarının başlıca səbəblərindən biri olmaqla, qlobal ictimai səhiyyə üçün ciddi çağırışlardan hesab olunur. Onun sözlərinə görə, hər il dünyada 684 mindən çox insan yıxılma nəticəsində həyatını itirir. Gənc tədqiqatçı diqqətə çatdırıb ki, yıxılma hadisələrinin vaxtında aşkarlanmaması tibbi yardımın gecikməsinə və ağır fəsadların yaranmasına gətirib çıxarır. Vurğulayıb ki, əşyaların interneti (IoT) sensorlarının və süni intellekt metodlarının inteqrasiyası insanın hərəkət və oriyentasiya göstəricilərini təhlil etməklə yıxılma hallarının avtomatik aşkarlanmasına imkan verir. Şagird tədqiqatın əsas məqsədinin insanın hərəkət dinamikasını və oriyentasiyasını təhlil edərək mümkün yıxılma hallarını müəyyənləşdirən, müvafiq xəbərdarlıq siqnalı generasiya edən süni intellektəsaslı sistemin yaradılması olduğunu bildirib. O, layihə çərçivəsində yıxılma hallarının aşkarlanması texnologiyalarının tətbiqi perspektivlərinin də nəzərdən keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu texnologiyalar yaşlı və əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi, nevroloji xəstəlikləri olan pasiyentlərin monitorinqi, uşaqların mühafizəsi, xəstəxana və reabilitasiya mərkəzlərində, eləcə də yüksəkriskli istehsalat sahələrində mühüm praktiki imkanlara malikdir. O, həmçinin bu sahədə beynəlxalq elmi tədqiqatların mövcud vəziyyətini və əldə olunan nəticələri statistik göstəricilər əsasında təqdim edib. Sonra gənc tədqiqatçı əşyaların interneti texnologiyaları əsasında hazırlanmış qurğunun iş prinsipini əyani şəkildə nümayiş etdirib. Gənc tədqiqatçı gələcəkdə qurğunun funksional imkanlarının genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib. Əlavə edib ki, bu məqsədlə yıxılma hadisəsi zamanı şəxsin yerləşdiyi koordinatları müəyyənləşdirmək üçün GPS modulunun, eləcə də fizioloji vəziyyətini qiymətləndirmək üçün ürək döyüntülərinin monitorinqi funksiyasının sistemə inteqrasiyası planlaşdırılır. Layihə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Daha sonra məruzəyə dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev gənc tədqiqatçıların elmi təşəbbüslərinin dəstəklənməsinin, onların müasir texnologiyalara yiyələnməsinin və elmi mühitə inteqrasiyasının institutun prioritetlərindən olduğunu qeyd edib. İnstitutun baş direktoru layihənin elmi və praktiki əhəmiyyətini yüksək qiymətləndirərək, onun informasiya texnologiyaları ilə tibb elminin kəsişməsində formalaşan aktual tədqiqat istiqamətlərindən birini əhatə etdiyini bildirib. Alim vurğulayıb ki, müasir səhiyyə sistemində həkimlərin peşəkar bilik və təcrübə ilə yanaşı, böyükhəcmli məlumatların analizi, süni intellekt və intellektual qərar qəbuletmə sistemlərindən istifadə bacarıqlarına da malik olması getdikcə daha böyük aktuallıq kəsb edir. Bu baxımdan tibbi problemlərin həllində müasir texnoloji yanaşmaların tətbiqi və onların praktiki səmərəliliyinin əsaslandırılması mühüm elmi vəzifələrdəndir.
Bu gün
170 xəbər bu gün
İran Prezidenti Məsud Pezeşkian Tehran Universitetində tələbələrlə görüş zamanı ölkədə enerji istehlakının azaldılmasının vacibliyindən danışıb.
Beynəlxalq Ədalət Məhkəməsi Myanmada rohinca müsəlmanlarına qarşı törədilən zorakılıqlarla bağlı tarixi qərar qəbul edib. “Reuters”ə istinadən, məhkəmə Myanmanın 2017-ci ildə rohinca azlığına qarşı həyata keçirdiyi hərbi…
İqor Sokolski
Amerikanın "Anthropic" texnologiya şirkətinin səhmləri "Nasdaq" birjasına çıxarıldıqdan sonra ilk ticarət sessiyasının nəticələrinə görə 17,07 % artıb. Bunu "Nasdaq" birjasındakı hərrac məlumatları göstərir. İlkin…
Göyçay, 20 noyabr, AZƏRTAC Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayon ərazisində qeydə alınıb.İlkin məlumata görə…
"Instagram" sosial şəbəkəsində artıq paylaşılan hekayələri ("Story") redaktə etmək mümkün olacaq.
İosif Stalin hakimiyyətini möhkəmləndirdikcə Sovet İttifaqında qorxu və repressiyalar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Onun üçün siyasi rəqib olmaq, şübhəli şəxslə əlaqə saxlamaq, yaxud sadəcə yanlış insanın…
Misir və Fransa Aralıq dənizində “Kleopatra 2026” adlı birgə hərbi-dəniz təliminə başlayıb. Misir Silahlı Qüvvələrinin yaydığı məlumata görə, bir neçə gün davam edəcək manevrlər Misirin ərazi sularında, Şimal…
ABŞ Prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi üçün Konqreslə işləməyə hazırdır
İsrail Hərbi Hava Qüvvələri Livanın şərqində “Hizbullah” təşkilatına məxsus olduğu bildirilən obyektə hava zərbəsi endirib
Gürcüstanın ATƏT-ə sədrliyinə qarşı çıxmağa hazır olan 14 ölkədən ibarət qrup formalaşıb
Rusiya-NATO Şurası Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında mühüm əhəmiyyət daşıya bilər
İran raketlərinin uçuş məsafəsinin 4 500 kilometrə çata bildiyini və ABŞ-ın Avropadakı hərbi bazalarının da potensial hədəfə çevrilə biləcəyini bəyan edib
Avropa İttifaqının (Aİ) Gürcüstana qarşı müxtəlif təzyiq vasitələrindən istifadə edə biləcəyinə dair təhdidlər yenidən gündəmə gəlib
Livanın ali hərbi prokuroru Klod Hanem "Hizbullah" hərəkatının beş üzvünü dövlət təhlükəsizliyinə qəsddə ittiham edib. Bu barədə "Naharnet" portalı məhkəmə mənbələrinə istinadən məlumat yayıb. İstintaqın məlumatına görə…
Kiyev, 20 noyabr, AZƏRTAC Ukrayna NATO-nun 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətlərinin praktikada necə işləyəcəyini dəqiq başa düşmür. Söhbət, xüsusilə, ölkə ərazisində xarici qoşunların mümkün…
Türkiyə dünyada pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edən ilk ölkə olub. Bu barədə “Baykar” şirkəti məlumat yayıb. Bildirilib ki, şirkətin öz imkanları hesabına hazırladığı “Kızılelma” pilotsuz qırıcı…
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpinlə Çində keçirilən sammiti uğurlu hesab edir. Bu barədə Tramp ABŞ-yə qayıdarkən "Air Force One" prezident təyyarəsinin göyərtəsində olarkən…
Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinq zamanı özündən çıxaraq sual verən jurnalisti təhqir edib. Daha sonra ona qarşı məhkəmə iddiası qaldırmaq üçün səbəb…
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Belarusda Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Georgi Zurabaşvili ilə görüşüb. TASS xəbər verir…
Hörmüzün şərqində
ABŞ-İran müharibəsi
"Barselona" və İspaniya millisinin sabiq kapitanı Karles Puyol Andorranın "İnter Eskaldes" klubunun beynəlxalq futbol və əlaqələr üzrə direktoru təyin edilib.
Həftədə 30 dəqiqədən çox mobil telefonla danışmaq yüksək qan təzyiqi (hipertoniya) riskini 12 faiz artırır. Bu barədə Çin alimlərinin apardığı araşdırmada bildirilib. Tədqiqatın nəticələri “European Heart Journal…
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı qərarlar qəbul edərkən Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyini nəzərə almadan hərəkət etmək niyyətində olmadığını bildirib.
Braziliya Prezidenti Luis İnasio Lula da Silva altıgünlük iş həftəsinin ləğvi və beşgünlük iş həftəsinə keçid haqqında fərmanı təsdiqləyib. Bu barədə G1 portalı ölkənin rəsmi qəzetinə istinadən məlumat yayıb…
Avropa Komissiyası Rusiyada yaşayan şəxslərin "Erasmus+" tələbə mübadiləsi proqramında iştirakını qadağan edib. Bu barədə proqramın 2027-ci il üçün təlimatında bildirilir. Qadağa vətəndaşlığından asılı olmayaraq Rusiyada…
Ermənistan və Türkiyə Marqara sərhəd-keçid məntəqəsi istiqamətində ikinci körpünün tikintisini planlaşdırırlar. Ermənistan KİV-i xəbər verir ki, bu barədə Ermənistan hökumətinin iclasında ölkənin xarici işlər və…
ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə Vaşinqtonun və avropalı tərəfdaşların mövqelərinin uzlaşdırılmasında irəliləyiş əldə edildiyini bildirib. “The Guardian” xəbər verir…
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı qərarların qəbulunda ölkə Prezidenti Volodimir Zelenskinin mövqeyini nəzərə alacağını bildirib. Tramp bu barədə NBC telekanalına müsahibəsində danışıb. “Mən onsuz heç nə…
“The Touchline” 2026-cı ildə dünyanın ən yüksək gəlir əldə edən futbolçularının reytinqini açıqlayıb. Siyahıya Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo başçılıq edir. Onun illik…
Yeməkdən sonra bəzi gündəlik vərdişlər sağlamlığa mənfi təsir göstərə bilər. Mütəxəssislər xüsusilə dişləri dərhal fırçalamaq, uzanmaq və intensiv fiziki fəaliyyətlə məşğul olmaqdan çəkinməyi tövsiyə edirlər.
Сегодня звезды гороскопа обещают, что эмоции будут переменчивы, как ветер, но несмотря на эту переменчивость, они могут достигать огромной силы - у кого-то разрушительной, у кого-то созидательной, как повезет. День…
Ömər Bolat
Natəvan küçəsində
İran ABŞ və Böyük Britaniya bazasının yerləşdiyi Dieqo-Qarsiya adası yaxınlığında 4500 kilometr məsafəyə çatan raketlərini sınaqdan keçirib.
Noyabrın 19-u üç bürc üçün dönüş nöqtəsi olacaq Bu cümə axşamı Mars, Hironla üçlük təşkil edəcək və daha sakit bir həyata yol açacaq. Astroloqların sözlərinə görə, planetar təsir şübhələri kənara qoymağa və nəhayət…
Göyçayda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə rayonun Natəvan küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə nəqliyyat…
"İran bir müddət əvvəl Hind okeanında yerləşən Dieqo-Qarsiya adası ərazisində 4 500 kilometrədək məsafədəki hədəfləri vura bilən raketlərinin imkanlarını nümayiş etdirib".
Sabah Heydər Əliyev prospektinin Koroğlu metro stansiyası istiqamətində yerləşən yan yolunda kommunikasiya baxış quyularında təmir işləri aparılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)…