Peşə təhsilində 33 yeni ixtisas yaradılıb

2023-2026-cı illər ərzində peşə təhsilində 33 yeni ixtisas yaradılıb.

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə Təhsili Forumu 2026”da söyləyib.

İ.Bayramlı qeyd edib ki, 2022-ci ildən cari dövrə qədər 75 təhsil proqramı hazırlanıb: “Yüksək texniki peşə təhsili ali təhsilə keçid imkanı verir, buna görə də bu sahəyə xüsusi maraq var. 2026-cı ildə 2798 nəfər yüksək texniki peşə təhsilinə qəbul olub”.

Direktor bildirib ki, işəgötürənlər də tədris prosesinin iştirakçısına çevrilib: “2022-2026-cı illər ərzində tərəfdaş işəgötürənlərin sayı 2 dəfə artıb. Həmçinin Milli Observatoriyanın təhlilinə əsasən, dual proqram məzunlarının məşğulluq göstəricisi 74 faizə, ümumilikdə bütün məzunların məşğulluq göstəricisi isə 69 faizə yüksəlib”.