Astana, 18 noyabr, AZƏRTAC Astanada keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) yol tikinti işçiləri Hökumətlərarası Şurasının iclasında Qazaxıstan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün perspektivli layihələr təqdim edib.AZƏRTAC Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, iclas iştirakçılarına “Aral-Xəzər” dəniz nəqliyyat dəhlizinin tikintisi, eləcə də Qərbi Avropa-Qərbi Çin beynəlxalq nəqliyyat dəhlizinin yenidən qurulması layihəsi təqdim edilib.İştirakçılar, həmçinin beynəlxalq avtomobil yollarının vəziyyətini və inkişaf perspektivlərini, nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasını və yol sektorunda müasir texnologiyaların tətbiqini müzakirə ediblər.İclas “Kaztraffic-2026” beynəlxalq sərgisi çərçivəsində keçirilib. Elşən Rüstəmov AZƏRTAC-ın xüsusi müxbiri Astana