Argentinada futbol matçı zamanı xəsarət alan gənc futbolçu Abel Nunyes vəfat edib.
Moderator.az “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə Argentina Futbol Assosiasiyasının gənclər arasında təşkil etdiyi turnirin qarşılaşmasında baş verib.
“Ezeiza” klubunun oyunçusu topu uzaqlaşdırarkən başından güclü zərbə alıb və huşunu itirərək yerə yıxılıb. Ona dərhal tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb.
Həkimlər gənc futbolçunu əməliyyat etsələr də, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə anının görüntülərini təqdim edirik: