Bakıda 54 yaşlı kişinin meyiti yaşadığı evdə tapıldı

Bakının Xəzər rayonunda ölüm hadisəsi baş verib.

Hadisə noyabrın 16-da saat 12 radələrində Buzovna qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 54 yaşlı Nizami Hacı-Ağa yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib.

İlkin məlumata görə, hadisə intihardır.

Faktla bağlı araşdırma aparılır./lent.az