U-17 millimiz Avropa çempionatının seçmə mərhələsinin 1-ci raundunda növbəti oyuna çıxıb.
Komandamız Litva ilə qarşılaşıb. Matç qollu bərabərliklə başa çatıb – 1:1. Yığmamızın heyətində 65-ci dəqiqədə Rəsul Balakişiyev fərqlənib.
U-17 bundan əvvəl Almaniyaya 0:7, Şimali İrlandiyaya isə 0:4 hesabıyla uduzub.
Millimiz hazırda qrupda 1 xalla sonuncu sıradadı.