“Mançester Yunayted”də təcili qərar: Poçettino üçün çarter təyyarəsi göndərildi

Maurisio Poçettino bir neçə gündən sonra “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinin icrasına başlayacaq.

“Daily Mail”in jurnalisti Kris Uilerin sözlərinə görə, “qırmızı şeytanlar” argentinalı məşqçinin ABŞ-dan İngiltərəyə mümkün qədər tez çatmasına yardım edəcək.

“Mankunianlar” Poçettino üçün çarter reysi ayırıblar. Poçettino uçuş zamanı yata biləcək, bundan sonra dərhal “Mançester Yunayted”in məşqlərinə yollanacaq .

Maurisio Poçettinonu çətin debüt gözləyir – 22 noyabrda “Mançester Yunayted” səfərdə “Liverpul”la qarşılaşacaq.