Samuxda qəza ölümlə nəticələndi

Samuxda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Ölkə.az "Report"a istinadla, hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, bir nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.