ƏSA Teatrının gənc aktrisası Leyla Musayeva vəfat edib.
Bu barədə teatrın sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Məlumata görə, “Aktyorluq laboratoriyası”nın üzvü olmuş Leyla Musayeva uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişib. Leyla Musayeva “Axtarış”, “Hamlet” və “Paris Notr-Dam” tamaşalarında çıxış edib.
“Onun həyat uğrunda mübarizəsi, teatra olan sevgisi və səhnəyə bağlılığı bizim üçün son dərəcə dəyərli idi. Leylanın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, - paylaşımda qeyd olunub.