Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir

Bakıda qadın qətlə yetirilib.

"Report"a istinadən, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, rayon ərazisində 23 yaşlı qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Polisin keçirdiyi tədbirlərlə cinayəti törədən, ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.