Məşhur "Simpsonlar" animasiyasının gündəmə gətirdiyi bir tarix sosial şəbəkələrdə geniş müzakirələrə və qiyamət günü iddialarına səbəb olub.
Gələcəyə aid etdiyi ehtimallarla hər zaman diqqət çəkən "Simpsonlar"ın 2023-cü ildə yayımlanan bölümlərindən birində Sprinqfild adlı qəsəbəsinin altı gün boyunca elektrik kəsilməsinə məruz qalması, Liza Simpsonun gündəliyində "17 noyabr" tarixinin yer alması sosial mediada narahatlıq doğurub.
Müzakirələrin böyüməsində həmçinin ABŞ-də həyata keçirilən Fövqəladə Hallar Xəbərdarlıq Sistemi (EAS) testinin də rolu olub.
Test çərçivəsində radio və televiziya yayımının qısamüddətli fasilələrlə sınaq xəbərdarlıq mesajı yayımlayacağı qeyd edilib.
Sosial şəbəkə istifadəçilərinin bir qismi bu test ilə "Simpsonlar"dakı elektrik kəsintisi arasında bağ quraraq 17 noyabr tarixinin böyük bir fəlakətin başlanğıcı ola biləcəyini irəli sürüblər.
Hekayədə 2026-cı ildə dünyanın sonunun gələcəyinə və ya qlobal miqyasda hər hansı bir fəlakətin yaşanacağına dair təsdiqlənmiş heç bir proqnoz yoxdur.
Digər tərəfdən, fövqəladə hallar xəbərdarlıq sisteminin testləri mümkün fəlakət və təhlükələr zamanı cəmiyyəti məlumatlandırmaq məqsədi daşıyır.
Bu cür testlərin elektrik şəbəkələrinin söndürülməsi ilə heç bir əlaqəsi yoxdur.
"Simpsonlar"dakı tarix ilə cari gün arasında qurulan əlaqələr sosial şəbəkələrin növbəti uydurması olaraq qalır və bu iddiaları dəstəkləyən heç bir elmi sübut mövcud deyil.