Çexiyanın paytaxtı Praqada iki sərnişin qatarının toqquşması nəticəsində onlarla insan xəsarət alıb. Hadisə çərşənbə axşamı səhər saatlarında şəhərin əsas dəmir yolu vağzalı yaxınlığında qeydə alınıb.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, qəza nəticəsində onlarla sərnişin yaralanıb. Xəsarət alanların əksəriyyətinin vəziyyətinin yüngül olduğu bildirilir.
Hadisə yerinə bütün müvafiq fövqəladə hallar xidmətləri cəlb olunub. Qəza səbəbindən dəmir yolu xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Çexiya Dəmir Yolları Administrasiyasından verilən məlumata görə, uzun məsafəli marşrutlar üzrə hərəkət edən qatarlar Praqanın digər dəmir yolu stansiyalarına yönləndirilib.