Deputatın xəsarət aldığı qəza ilə bağlı cinayət işi açılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təbriz Zeynalovun da xəsarət aldığı yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Fakt Cinayət Məcəlləsinin 263.2-ci - yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmanın ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması maddəsi ilə araşdırılır.

Hadisə noyabrın 14-də Naxçıvan–Ordubad magistral yolunun Aşağı Əylis kəndi yaxınlığından keçən hissəsində baş verib. “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Vidadi oğlu Hüseynəliyev həyatını itirib.

Avtomobildə olan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov və 1990-cı il təvəllüdlü deputat Təbriz Eyvaz oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, qəzaya düşən hər üç şəxs qazidir.