Gəncədə qadın binanın 4-cü mərtəbəsindən yıxılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
1984-cü il təvəllüdlü Arzu Baxşəliyev binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır bədən xəsarətləri alaraq Gəncədə yerləşən xəstəxanalardan birinə aparılıb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu