Ağdam Dövlət Dram Teatrının aktyoru Cəfər Bayramov vəfat edib.
Bu barədə teatr məlumat yayıb.
"Cəfər Bayramov 29 oktyabr 1963 cü ildə Ağdərə rayonu BaşGüney kəndində anadan olub. Sənətə sevgi hələ uşaqlıq illərindən başlayıb. Məktəb illərində məktəbin bütün tədbirlərində fəal iştirak edib.
1985 - 1987 ci illərdə M.Əzizbəyov adına Şuşa Mədəni - Maarif Texnikumunda təhsil almışdır. 1988 - ci ildə Ağdam Dövlət Dram Teatrında dram artisti vəzifəsində çalışmağa başlayıb.
Ağdam Dövlət Dram Teatrının çətin və köçkünlük həyatında belə doğma teatrdan ayrılmamışdı. Müharibə dövründə səngərlərdə döyüşən əsgər və zabitlər üçün tamaşalarda rol almışdır.
Cəfər Bayramov Ağdam Dövlət Dram Teatrının səhnəsində bir çox yadda qalan tamaşalarda rollar oynamışdır.
Ağdam Dövlət Dram Teatrının rəhbərliyi və kollektivi adından ailəsinə başsağlığı verir.
Allah rəhmət eləsin məkanı cənnət olsun!", - deyə bildirilib.