Naxçıvan, 16 noyabr, AZƏRTACNoyabrın 16-da Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Qasım Mohiuddin muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov ilə görüşüb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Pakistan münasibətlərinin dostluq, qardaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında uğurla inkişaf etdiyi bildirilib, əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.Müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub. Naxçıvanın Orta Dəhliz üzrə kommunikasiyaların inkişafında mühüm strateji mövqeyi, regionun iqtisadi potensialı, bərpaolunan enerji imkanları, sahibkarlara tətbiq edilən güzəştlər, eləcə də gələcəkdə azad iqtisadi zonaya çevrilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.Xarici investorlar üçün Naxçıvanda yaradılmış əlverişli imkanlar, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.Naxçıvan Dövlət Universitetində Kənd Təsərrüfatı üzrə Araşdırma Mərkəzinin Pakistanın adiyyəti mərkəzi ilə əməkdaşlıq çərçivəsində yaradılması imkanları da müzakirə edilib. Qeyd olunub ki, müvafiq elmi-tədqiqat və təcrübə mübadiləsinin qurulması, aqrar sahədə müasir yanaşmaların tətbiqi sənayeyönümlü kənd təsərrüfatının inkişafına mühüm töhfə verə bilər. Bu istiqamətdə dövlət tərəfindən sahibkarlara göstərilən dəstək və tətbiq olunan güzəştlərin də əhəmiyyəti qeyd edilib.Naxçıvanın enerji potensialı və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr də müzakirə mövzusu olub. Elektrik enerjisinin Türkiyəyə ixracı, eləcə də gələcəkdə daha geniş bazarlara çıxarılması imkanları diqqətə çatdırılıb.Təhsil sahəsində əməkdaşlıq perspektivlərinə toxunularkən Naxçıvan Dövlət Universitetində iki minə yaxın əcnəbi tələbənin təhsil aldığı, onların arasında Pakistan vətəndaşlarının da olduğu bildirilib. Universitetin Pakistanın aparıcı ali təhsil müəssisələri ilə əlaqələrinin genişləndirilməsinin qarşılıqlı fayda verəcəyi vurğulanıb.Səfir Qasım Mohiuddin Naxçıvan ilə Pakistanın Lahor şəhərinin qardaşlaşmış şəhərlər olduğunu xatırladaraq, bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, əməkdaşlığın inkişafı baxımından hər iki şəhərin və regionun rəsmi nümayəndələrinin qarşılıqlı görüşlərinin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.Azərbaycan və Pakistan xalqlarının zəngin tarixi-mədəni irsə malik olduqlarını bildirən tərəflər mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı tanıtım və təbliğ imkanları barədə də fikir mübadiləsi aparıblar.Qasım Mohiuddin səfərin əsas məqsədinin Naxçıvanın sosial-iqtisadi potensialı, tarixi və mədəni mühiti ilə yaxından tanış olmaq, qarşılıqlı fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlıq istiqamətlərini dəyərləndirmək olduğunu bildirib. Müxbir- Nail Əsgərov
Bu gün
3471 xəbər bu gün
Bu gün Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BTİ-nin Şurasının 2027–2030-cu illər üzrə üzvlüyünə, həmçinin AZCON…
İşçilərin davranışında psixikaya təsir göstərən maddənin təsiri altında olmalarına dair əsaslı şübhə yarandıqda onların dərhal narkoloji müayinədən...
Müasir dünyada rəqəmsal təhlükəsizlik məsələsi artıq yalnız texnoloji şirkətlərin və ya ayrı-ayrı dövlətlərin problemi deyil. Sosial şəbəkələrin siyasi kommunikasiya və informasiya mübadiləsinin əsas vasitələrindən…
Mənəvi oyanış, Kainatdan güclü dəstək: Noyabr ayının qalan hissəsi üçün ulduz falı – 4 bürc daha çox sevgi alacaq Astroloqların sözlərinə görə, noyabr ayı nəhayət çoxdan gözlənilən cavabları aldığımız, öz böyüməmizi…
Ağdam Dövlət Dram Teatrının aktyoru Kərim Xançoban vəfat edib. O, 63 yaşında dünyasını dəyişib. Mərhum 1988-ci ildən Ağdam Dövlət Dram Teatrında dram artisti vəzifəsində çalışıb. Qeyd edək ki, Kərim Xançoban illər əvvəl…
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynada apardığı hərbi əməliyyatlarda bütün imkanlarından istifadə etmir. Trampın fikrincə, Putin münaqişənin başa çatmasına çalışdığı üçün…
Bakının Qaradağ rayonunda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.Bu barədə “Oxu.Az” xəbər verir. Hadisə Lökbatan qəsəbəsində yerləşən Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində baş verib. Bildirilib ki…
2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, müsabiqədə müəyyən edilmiş tələblərə…
Dövlətə məxsus “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının (BOKT) Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. Osman İsmayıl oğlu Xalıyevi Müşahidə Şurasının üzvü vəzifəsində Yasin Cəlil oğlu Cəlilov əvəz…
Asiya İnkişaf Bankı (AİB) Abşeron dairəvi dəmir yolu layihəsinin hazırlanmasına dəstək çərçivəsində milli sosial təminatlar üzrə mütəxəssisin cəlb edilməsi üçün maraq ifadələrinin təqdim olunması barədə elan yayıb.Bankın…
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. Qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya…
2027-ci il bəzi bürclər üçün yeni başlanğıclar, digərləri üçün isə həyatın istiqamətini dəyişəcək qərarlarla yadda qala bilər. Astroloji proqnozlara görə, qarşıdakı ildə sevgi münasibətləri, maliyyə imkanları, karyera…
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Oxu.Az-a istinadən, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində baş verib. Əcnəbi turistləri daşıyan…
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ildə keçirilən müsabiqədə müəyyən edilmiş tələblərə…
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə İnkişaf, İnnovasiya və Sosial Təşəbbüslər qrantı çərçivəsində Gənclər Mərkəzi İctimai Birliyi "Zorakılığa Qarşı Bir Addım” adlı layihənin icrasına başlayır…
Rusiya Silahlı Qüvvələri Ukraynada tam gücü ilə hərəkət etmir. ABŞ Prezidenti Donald Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir…
Dünya futbolunun ulduzu Kriştiano Ronaldonun 16 yaşlı oğlu Kriştiano Ronaldo Junior Portuqaliyanın U-17 yığmasının heyətində debüt edib.
“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti görüş ilin sonuna kimi baş tutacaq. Bu barədə Sülh Körpüsü”nün Azərbaycan üzrə koordinatoru…
Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri aparılıb və yeni kadr təyinatları olub.
ABŞ Prezidenti Donald Tramp Amerikanın "Nvidia" korporasiyasının baş icraçı direktoru vəzifəsinə Censen Huanqın qayıtmasına etiraz etməyəcəyini bildirib. O, bu barədə Ağ Evi tərk edib Alyaskaya yola düşərkən…
Bakı, 16 noyabr, AZƏRTAC Azərbaycanda yaradılan “Lulla” uşaq audio tətbiqi müxtəlif dillərdə nağıllar, laylalar, mahnılar, şeirlər və maarifləndirici məzmun təqdim edir. Layihə uşaqların erkən yaşlardan ana dilinə…
Bakı, 16 noyabr, AZƏRTAC Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində torpaqların idarə olunması, istifadəsi və mühafizəsinin təşkili sahəsində vahid dövlət siyasətinin həyata…
Naxçıvan, 16 noyabr, AZƏRTACNoyabrın 16-da Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Qasım Mohiuddin muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin…
Bakı, 16 noyabr, AZƏRTACAzərbaycan Peşəkar Boks Federasiyasının (APBF) yeni baş katibi müəyyənləşib.Qurumdan AZƏRTAC-a verilən məlumata görə, bu vəzifəyə Vidadi Quliyev təyin olunub.O, bu təyinatadək Azərbaycan Milli…
ABŞ Prezidenti Donald Tramp Ukraynada Starlink peyk rabitə sisteminə girişin məhdudlaşdırılmasından xəbərsiz olduğunu bildirib. Ağ Evdə jurnalistlərlə söhbəti zamanı ona Ukraynada Starlink xidmətinə çıxışın niyə…
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb. Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindan bildirilib ki, 2026-cı ildə keçirilmiş direktorların işə qəbulu...
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
Volkan Dəmirəl “Qaziantep” futbol klubu ilə razılıq əldə edib. Türkiyə Super Liqasında çıxış edən klub Orhan Akla yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışına başlayıb. Klub prezidenti Memik Yılmaz Volkan…
От полученных травм 43-летний мужчина скончался на месте.
Президент США Дональд Трамп сообщил журналистам, что рассчитывает встретиться с российским лидером Владимиром Путиным на полях саммита Азиатско-Тихоокеанского экономического сотрудничества (АТЭС), который пройдет 18–19…
Президент США Дональд Трамп считает, что российский лидер Владимир Путин мог бы действовать против Украины гораздо жестче, чем сейчас. «Путин немного отступает. Он мог бы...
Новые санкции Евросоюза затронули российские нефтеперерабатывающие заводы, 50 банков и финансовых учреждений, а также компании, связанные с торговлей и перевозкой российской нефти, следует из опубликованного...
Сотрудники Бакинского регионального отделения Агентства продовольственной безопасности Азербайджана (АПБА) совместно с представителями Управления полиции Сураханского района МВД провели проверку на предприятии по…
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın görüşəcəyini bildirib. TASS-ın məlumatına görə, o, bu barədə brifinq zamanı bildirib.
16 ноября делегация во главе с замминистра иностранных дел Азербайджанской Республики Эльнуром Мамедовым приняла участие в 30-м заседании Совета министров Организации экономического сотрудничества (ОЭС), состоявшемся в…
В Баку в рамках Национального форума занятости 2026 состоялась панельная дискуссия на тему "Искусственный интеллект и рынок труда: профессии исчезают или меняются?".
Nazir
Provayderlər
Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Arzu Baxşəliyev binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. O, Gəncədə yerləşən…
Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri və yeni kadr təyinatları olub.Bununla bağlı icra başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb.
“2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin cari xərclərinin 26,4 milyard manat, büdcənin qeyri-neft-qaz gəlirlərinin isə 23,75 milyard manat olacağı...
Gəncədə qadın binanın 4-cü mərtəbəsindən yıxılıb. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib. 1984-cü il təvəllüdlü Arzu Baxşəliyev binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır bədən…
Gəncədə kişi binadan yıxılıb. Modern.az-ın xəbərinə görə, 42 yaşlı Arzu Baxşəliyev binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır. ...
Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Oxu.az-a istinadla, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində qeydə alınıb. Əcnəbi turistləri daşıyan…
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə yeni direktor təyin edildiyi barədə xəbər yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat…