“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti görüş ilin sonuna kimi baş tutacaq.
Bu barədə Sülh Körpüsü”nün Azərbaycan üzrə koordinatoru, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədrinin müavini Fərhad Məmmədov deyib.
O qeyd edib ki, görüş Ermənistanda keçiriləcək.
Xatırladaq ki, “Sülh körpüsü” dialoq platforması Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında etimadın möhkəmləndirilməsi və davamlı dialoqun qurulması məqsədilə yaradılıb. Platforma çərçivəsində tərəflər mütəmadi olaraq görüşlər keçirir, sülh prosesi, regional təhlükəsizlik, media və vətəndaş cəmiyyətinin rolu kimi məsələləri müzakirə edirlər.