Hörmətli cənab Prezident,
Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə məni "Tərəqqi" medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Bu yüksək dövlət təltifi uzun illər ərzində televiziya sahəsində göstərdiyim əməyə verilən qiymət olmaqla yanaşı, mənim üçün böyük qürur və məsuliyyət mənbəyidir.
Peşə fəaliyyətim boyunca ölkəmizdə baş verən mühüm hadisələrin, xüsusilə Vətən müharibəsi zamanı cəbhə bölgəsindəki hadisələrin operativ və obyektiv işıqlandırılmasını özümə həm vətəndaşlıq, həm də peşə borcu hesab etmişəm.
Çətin və təhlükəli şəraitdə belə peşə məsuliyyətimi yerinə yetirməyə çalışmışam.
Bu gün də ARB 24 Televiziyasının Qərb bölgəsi üzrə operatoru kimi fəaliyyətimi eyni məsuliyyətlə davam etdirirəm.
Əməyimə verdiyiniz yüksək qiymətə görə bir daha Sizə təşəkkür edirəm. Bu təltifi gələcək fəaliyyətimdə də peşəmə sədaqətlə xidmət etmək üçün böyük stimul hesab edirəm.
Sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının daha da inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Dərin hörmətlə,
Fərrux Qafarov,
ARB 24 Televiziyasının Qərb bölgəsi üzrə operatoru,
Azərbaycan Respublikası, Gəncə şəhəri.