Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan!
Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə imzaladığınız media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncamla “Tərəqqi” medalı ilə təltif olunmaq mənim üçün çox sevindirici və qürurverici hadisə oldu.
Bu faktı Azərbaycan mediasındakı peşəkar fəaliyyətimə dövlət səviyyəsində verilən qiymət kimi dəyərləndirirəm. Yüksək mükafata və əməyimə verilən dəyərə görə Sizə dərin minnətdarlıq hissi ilə təşəkkür edirəm.
Azərbaycan Televiziyası bu gün yüzillik tarixinin ən gözəl dönəmini yaşayır. Bu yaradıcı mühitdəki fəaliyyətimlə bundan sonra da çalışacağam ki, göstərdiyiniz yüksək etimadı doğruldum. Diqqətiniz böyük şərəfdir!
Dərin hörmətlə,
Afaq Əfəndiyeva,
Azərbaycan Televiziyasının əməkdaşı,
Azərbaycan Respublikası, Bakı şəhəri.