"Qanlı göl" ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanıldı

Bakının Yasamal rayonunda yerləşən "Qanlı göl"ün ətrafında genişmiqyaslı abadlaşdırma və yenidənqurma layihəsinin icrasına başlanılıb. İcrası "Kristal" şirkətinə həvalə olunan layihə göl ətrafında yaşıllıqların, gəzinti yollarının, idman və istirahət məkanlarının yaradılmasını nəzərdə tutur.