Bakı, 16 noyabr, AZƏRTAC Emin Mahmudovu həm insan, həm də futbolçu kimi çox yüksək qiymətləndirirəm. O, adını Azərbaycan futbolunun tarixinə yazdırıb. Millidə ən çox qol vuran futbolçu kimi, eləcə də ‘Neftçi’dəki uğurlu karyerası ilə yadda qalıb.Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov Emin Mahmudovun milli komandadakı karyerasını başa vurmaq qərarını şərh edərkən deyib.Mütəxəssis bildirib ki, Emin Mahmudovun İsveç və İrlandiya yığmalarına vurduğu qollar xüsusilə yaddaqalan olub: “Mən də həmin vaxt millidə idim. Möhtəşəm qollar idi. Eminə Azərbaycan futboluna və milli komandaya verdiyi töhfələrə görə təşəkkür edirəm. Onun göstərdiyi performans yaddaşlarda qalacaq”.O, Emin Mahmudovun hələ də futbolçu karyerasını davam etdirmək imkanının olduğunu düşündüyünü, lakin qərarına hörmətlə yanaşdığını vurğulayıb: “Emin oynamağa davam edə bilərdi. Amma atdığı addımı da yüksək qiymətləndirirəm. Futbolçu özünə hörmət edir və dəyər verirsə, imicini və qazandığı statusu qorumaq üçün doğru zamanda belə qərar verməlidir.İnanıram ki, o, “Neftçi”də çıxışını davam etdirərək komandasının qarşıdakı uğurlarına töhfə verə bilər. Eminə gələcək karyerasında uğurlar, möhkəm cansağlığı və zədəsiz mövsüm arzulayıram”.Qeyd edək ki, Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq görüşü çərçivəsində səfərdə Andorra ilə qarşılaşacaq. Bu matç yığmanın 2026-cı ildə son oyunu olacaq. Millinin kapitanı Emin Mahmudov həmin qarşılaşma ilə birlikdə Azərbaycan millisindəki karyerasını başa vuracaq. Müxbir – Mikayıl Məmmədov