Paytaxtın Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın səbəbindən bu yolda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
"Prospekt ilə Əcəmi Naxçivani küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Hazırda polis və aidiyyəti qurumun əməkdaşları tərəfindən ərazidə zəruri tədbirlər görülür", - açıqlamada qeyd edilib.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.
Əlavə məlumat veriləcək.