"Gördük, hasar aşıb, qadın qalıb altında" - Binəqədidəki dəhşətli hadisənin TƏFƏRRÜATI

Bakıda 48 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində baş verib.

Sulutəpə qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samirə Nəsir qızı Nuriyeva piyada hərəkət edərkən boş torpaq sahəsinin ətrafına mişar daşları ilə hörülmüş hasar uçub. Hadisə nəticəsində qadın dağıntının altında qalaraq ölüb.