Bu axşam UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək.
Azərbaycanlı azarkeşlər gecənin ilk qarşılaşmasında Farer Adaları və Moldova millilərinin oyununu izləyə biləcəklər.
Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matç "CBC Sport" TV-də yayımlanacaq.
Gecənin digər maraqlı qarşılaşmasında Almaniya və Niderland yığmaları üz-üzə gələcəklər. Bakı vaxtı ilə saat 23:45-də start götürəcək oyunu da "CBC Sport" TV canlı yayımlayacaq.
Bundan başqa, Azərbaycan millisi yoxlama oyununda Andorra ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və "CBC Sport" TV-də yayımlanacaq.
UEFA Millətlər Liqası
16 noyabr
19:00; Farer Adaları - Moldova ("CBC Sport" TV);
23:45; Almaniya - Niderland ("CBC Sport" TV).
Yoxlama oyunu
22:00; Andorra - Azərbaycan ("CBC Sport" TV).