Üçtərəfli görüşün tarixi açıqlandı

Rusiya Prezidenti Vladimir Putin, Çin sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.

"19-da Prezident Putin, sədr Si və Prezident Tramp arasında üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunub. Görüş APEC sammiti çərçivəsində Şençjendə keçiriləcək", - Peskov deyib.